«ORTORENT» Mexanoterapiya üçün aparatdır. «Aktiv» modeli – yuxarı və aşağı ətrafların aktiv mexanoterapiyası üçün aparatdır. Ən müxtəlif mərhələlərdə ətrafların hərəkətinə imkan verir. Əzələ korsetini gücləndirməyə, şişkinliyin azalmasına kömək edir. Yuxarı və aşağı ətrafların fizioloji iş simmetriyasının bərpa olunmasına imkan yaradır.
İstifadəyə dair göstərişlər:
• iflic zamanı;
• oynaq, ətrafların xəstəlikləri zamanı;
• ətrafların zədələnmədən sonrakı vəziyyəti zamanı;
• əzələ zəifliyi və hərəkət koordinasiya pozulmaları ilə müşayiət olunan xəstəliklər zaman.
«Aktiv» model aparatı – yuxarı (aşağı) ətrafların hərəkəti hesabına yuxarı (aşağı) ətrafların hərəkət aktivliyini təmin edir.
Texniki funksinal xarakteristikalar:
- Əlil arabasında olan pasiyentlər üçün uyğundur
- Trenajor hündürlüyünün quraşdırılması;
- Sükan əyilməsinin tənzimlənməsi;
- Trenajor konstruksiyası trenajorun asanlıqla qatlanmasına imkan verir;
- Fırlanma gücünün tənzimlənməsi;
- Əyləcin irəli – geri fırlanması;
- Məşq müddətini, cari surəti, qət olunan məsafəni, kalori miqdarını göstərən rəqəmsal sensor;
- Komplekt tərkibinə əldarağı fiksatoru və baldır dayağı fiksatoru təchiz edilir.
Aparat sinir damar patologiyası zamanı travma, reabilitasiyadan sonra bərpa üçün, ətraf oynaqlarının xəstəlikləri zamanı və əzələ zəifliyi və hərəkət koordinasiya pozulmaları ilə müşayiət olunan xəstəliklər zamanı tətbiq oluna bilər.
Aparat həm tibb müəssisələrində, həm də birbaşa evdə pasiyent tərəfindən istifadə edilə bilər:
- ətraf əzələlərin, oynaqların hərəkətliliyinin bərpası;
- biomexanik hərəkət sxeminin yaxşılaşdırılması və ya optimallaşdırılması;
- əzələ tonusunun yönəldilmiş tənzimlənməsi; əzələ tonusunun azalması və ya normallaşması;
- əzələ gücünün artması;
- yaşlı və qoca insanlarda hərəkət çatışmazlığının azaldılması;
- postural disfunksiyaların nəticələrinin aradan qaldırılması və ya azaldılması;
- ağrıya qarşı həssaslıq həddinin artırılması hesabına ağrı sindromunun azaldılması və ya aradan qaldırılması;
- vegetativ reaktivliyin optimallaşdırılması;
- proprioseptiv həssaslığın yaxşılaşdırılması;
- hərəkətlərin koordinasiyasının yaxşılaşdırılması və ya normallaşdırılması;
- fiziki yüklənməyə qarşı təcili uyğunlaşma reaksiyalarının optimallaşdırılması;
- psixo – emosional vəziyyətin yaxşılaşdırılması.
Aparatın imkanları:
- Əyləci artırmaq və ya azaltmaqla sürət və müqavimət tənzimlənməsi (pilləsiz).
- Əyləcin irəli – geri hərəkət imkanı.
- Əlil arabasında istifadə imkanı.
Hələ rəy yoxdur.