«Ortorent S + (qaçış zolağı ilə stasionar və sinxronlaşdırılmış kompyuterli elektrokardioqraf)» modeli

Mövcudluğu:

Stokda var


«ORTORENT» pasiyentin qaldırılması üçün reabilitasiya asqısı. «Ortorent S+(qaçış zolağı ilə stasionarmodeli

Dəstə daxildir:

  • Qaçış zolağı + Stasionar asqı + “Ortorent” reabilitasiya üçün dəstək kəməri 3 ədəd.
  • Sinxronlaşdırılmış kompyuterli elektrokardioqraf noutbuku.

(Bioloji Geri Bildiriş, Ürək Döyüntüləri Tezliyi, Elektrokardioqrafiya, STRESS-SİSTEMİ)

«ORTORENT» pasiyentin qaldırılması üçün reabilitasiya asqısı. «Ortorent S+ (qaçış zolağı ilə stasionar)» modeli- dayaq-hərəkət aparatı xəstəlikləri olan pasiyentlərin reabilitasiyasını həyata keçirməyə imkan verən sistemdir. Metodikanın mahiyyəti, onurğa və aşağı ətrafların xətti yükünün azalması ilə eyni vaxtda təhlükəsiz hərəkət terapiyasının aparılmasıdır. Sistem «Ortorent S» pasiyentinin qaçış zolağı və idarəetmə dayağı ilə qaldırılması üçün reabilitasiya asqısından ibarətdir.

3 yaşdan yuxarı uşaqlar üçün uygundur!

44640 

Onlayn sifariş
 (Uyğun xanaları doldurun)

«ORTORENT» pasiyentin qaldırılması üçün reabilitasiya asqısı. «Ortorent S+ (qaçış zolağı ilə stasionar)» modeli- dayaq-hərəkət aparatı xəstəlikləri olan pasiyentlərin reabilitasiyasını həyata keçirməyə imkan verən sistemdir. Metodikanın mahiyyəti, onurğa və aşağı ətrafların xətti yükünün azalması ilə eyni vaxtda təhlükəsiz hərəkət terapiyasının aparılmasıdır. Sistem «Ortorent S» pasiyentinin qaçış zolağı və idarəetmə dayağı ilə qaldırılması üçün reabilitasiya asqısından ibarətdir.

Tətbiqi:

  • iflic zamanı;
  • oynaq, ətrafların xəstəlikləri zamanı;
  • ətrafların zədələnmədən sonrakı vəziyyəti zamanı;
  • bel travmaları zamanı;
  • əzələ zəifliyi və hərəkət koordinasiya pozulmaları ilə müşayiət olunan xəstəliklər zamanı;
  • yataq xəstələri üçün.

 

Məşq parametrləri və nəticələrinin təsviri:

  • hərəkətin istiqamətləndirilməsi;
  • məşq surəti;
  • qaçış kəmərinin qaçış bucağı;
  • addım simmetrikliyinin göstəricisi;
  • orta addım uzunluğu;
  • ÜDT göstəricisi;
  • pulsoksimetr göstəriciləri;
  • pasiyent tərəfindən “qət olunmuş” məsafə;
  • məşq müddəti;
  • kkal ilə sərf olunan enerji.

Qiymət və keyfiyyət baxımından cihaz analoqlarından əhəmiyyətli dərəcədə ucuzdur və bununla yanaşı keyfiyyət və səmərəlilik baxımından geri qalmır.

Mobillik –  sistem kiçik ölçülərə malikdir, istismar və saxlanması üçün kompakt və rahatdır, xüsusi hazırlanmış yer tələb etmədən adi otaq şəraitində istifadə oluna bilər.

Hədəf qrupu:

  • Bərpa reabilitasiyası şöbəsi;
  • Nevrologiya şöbəsi;
  • MBT şöbəsi;
  • Geriatriya şöbələri.

Sistemin texniki və funksional xüsusiyyətləri:

  • Elektrik ötürücüsü;
  • Təcili dayandırma düyməsi;
  • Idarəetmə pultu;
  • birbaşa SPR blokundan idarəetmə;
  • Cihazın məcburi mexaniki qaldırılması və endirilməsi imkanı;
  • cərəyan yükləyici;
  • pasiyent çəkisini qismən və ya tamamilə azaltma rejimi;
  • pasiyent tərəfindən əlil arabasından, yataqdan və yerdən istifadə etmək imkanı;
  • gəzmə zamanı dəstək kimi istifadə etmək imkanı.

Üstünlükləri:

  • ORTORENT S+ pasiyentin bədən çəksini azaltma sistemi fiziki reabilitasiya prosesinin 2 və 3 mərhələdə sadələşdirilməsi üçün nəzərdə tutulmuşdur ki, bu da xətti yükün azalması ilə eyni vaxtda təhlükəsiz hərəkət terapiyasının aparılmasına imkan verir, pasiyentin tarazlanmasına dəstək olur. Qaldırıcı mexanizm vasitəsilə oturaq vəziyyətdən şaquli vəziyyətə keçid mərhələsində xəstəyə yardım göstərilir;
  • Böyük oynaqlar və onurğa əməliyyatından sonra reabilitasiya;
  • Gəzmə bacarıqlarının bərpa olunması;
  • Kompleks reabilitasiya proqramları üzrə istifadə (DES).

Qaçış zolağı

Qaçış zolağı məhdud imkanlara malik insanların reabilitasiyası üçün hazırlanmışdır.  Trenajor 0,1 km dəyişən addım ilə 0,1 km-dən 10 km-dək diapazon arasında işləyir. Nəbzin fasiləsiz ölçülməsi üçün naqilsiz sensor təchizat dəstinə daxildir. Qaçış zolağı əlavə olaraq təcili dayandırma düymələri ilə təchiz edilmiş xüsusi uzadılan tutacaqlara malikdir. Trenajor tam nəzarət üçün lazım olan bütün məşq parametrlərini məlumat dirəyində əks etdirir.

 Asqı

Əlillər üçün asqı davamlı və yüngül lehimli poladdan hazırlanmışdır. Dəst tərkibinə daxil olan 3 müxtəlif ölçülü jilet həm böyüklər və həm də kiçik yaşlı uşaqlar tərəfindən istifadə olunmaqla pasiyentin müxtəlif sinə nahiyələri üçün nəzərdə tutulmuşdur.

Çəki azaltma sistemi qaçış və gəzmə kimi fiziki tapşırıqların prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirir, həmçinin xəstənin tarazlığının sabitləşməsində əhəmiyyətli dəstək təmin edir. Bununla yanaşı qeyd etmək lazımdır ki, xəstəyə yardım 140 kiloqram insan çəkisini qaldırmağa malik qaldırıcı mexanizm vasitəsilə oturaq vəziyyətdən başlayır. Etibarlı şəkildə istifadənin təmin olunması ən əhəmiyyətli məqamlardan biridir. Bu baxımdan, əlillər üçün asqı möhkəm müdafiə elementləri ilə təchiz edilmişdir və xəstə gözlənilmədən düşdüyü zaman kəmərlər onu zədələnməyə qarşı etibarlı şəkildə qoruyur.

 İdarəetmə dayağı

Zolaq, reabilitasiya məşqləri üçün parametrlərin daha rahat quraşdırılması baxımından möhkəm idarəetmə dayağı ilə təchiz edilmişdir. Dayaq polad materialdan istehsal olunmuş, proqram təminatı ilə birgə rəngli informasiya ekranı ilə təchiz edilmişdir. Dayağın quraşdırılma üsulu mobil və ya stasionar (ankerlər üzərinə) üsuldur. Ümumi kompleksin enerji təchizatı üçün xidmət göstərir. Dayağın iri  ölçüləri 380 х 520 mm-dir. Dayaq hündürlüyü 1410 mm.

ƏLAVƏ SEÇİMLƏR

Ekran (TV)

İdarəetmə dayağının ekranı vasitəsilə televizor ekranında informasiya təkrarlanır.  Televizor multimedia altında daşınan dayaq üzərində yerləşdirilə bilər.

 

«Poli-Spektr-8/Е» Elektrokardioqrafı

«Poli-Spektr-8/Е» — üç kibrit qutusu ölçüsündə elektrokardioqrafdır. Cihaz, 1-dən 12-dək EKQ nümunəsinin eyni zamanda qeyd edilməsinə imkan verir. Bunun üçün cihaz sadəcə kompyuter USB portuna qoşulmalıdır.

«Poli-Spektr -8/Е» yüksək kvantlama tezliyi ilə EKQ-ni rəqəmsallaşdırır. Bu və eləcə də xəstənin hərəkətindən irəli gələn kabel tutumundakı dəyişikliklər üçün avadanlıq kompensasiyası üçün modul, bir sıra güclü rəqəmsal filtrlərlə birlikdə istənilən şərtlər altında yüksək keyfiyyətli əyrilər əldə etməyə imkan yaradır.

 FES

APK «AKorD» – avtomatik rejimdə insanın yuxarı və aşağı ətraflarının dövri hərəkət tempi üzrə adaptasiya olan çoxkanallı (8 kanal) proqramlaşdırılan əzələ elektrostimulyatorudur. Kompleks böyüklər və uşaqlarda hərkətlərin koordinasiya pozulmalarının effektiv reabilitasiya müalicəsi üçün nəzərdə tutulub (ortopedo-nevroloji patologiyasının geniş spektri).

Bu texnologiyanın uşaq serebral iflici (USİ), baş və onurğa beyin zədələnmələrinin nəticələri ilə, iflicdən sonra hərəkət pozulmaları ilə, mərkəzi sinir sistemi pozulmaları olmadan dayaq – hərəkət sisteminin pozulmaları ilə və digər xəstəliklərlə birlikdə skoliotik xəstələrin müalicəsi üzrə istifadə olunması zamanı yüksək effektivliyi, bu müalicə metodunun müstəsna xüsusiyyətləri ilə hərəkət pozulmaları patofiziologiyasını dərindən anlamağa əsaslanır.

 Kardio- pulmonoloji reabilitasiya üçün kompleks  «KARDİOTEXNİKA-07»

Sistem pasiyentin kompleks müayinəsinin və EKQ, Holter üzrə AT nəzarəti altında kardiopulmonoloji reabilitasiyasının və respirator müayinənin (qanın oksigenləşdirilməsi (SpO2)) aparılmasına və bütün məlumatları bir gün və ya daha çox müddətdə əldə etməyə imkan verir. Cihaz, tam tənəffüs xarakteristikaları dəstini qeyd edir və eyni zamanda 12 EKQ nümunəsini yazır və  spiroqrammın qeyd olunması ilə iki metod vasitəsilə (Korotkov üzrə və osilometrik) arterial təzyiqi ölçür. Nəbz oksimetriyası ilə qan saturasiyasının təyin edilməsi. İki nümunə (sinə və qarın nəfəsi) ilə reopnevmogramın qeyd edilməsi. Çoxfunksiyalı Holter monitorunun köməyi ilə hipertoniya ilə apnoe epizodları arasındakı əlaqənin qiymətləndirilməsi və simptomatik hipertenziyanın bu variantının obyektivləşdirilməsi kimi unikal funksiya mümkündür.

Spirometr

Spirometr tənəffüs həcmlərinin və gücləndirilmiş nəfəsvermə parametrlərinin avtomatik hesablanması və ölçülməsini yerinə yetirir. Ölçmə nəticələri avtomatik olaraq R.F.Klement, ECCS və ya Knudson normativləri üzrə lazımi dəyərlərlə müqayisə olunur. Pasiyentin diaqnostika üçün mümkün olan yaş diapazonu 6 – 120 yaş arasıdır. Cihaz tədqiqat nəticələrini həm ədədi, həm də əyani qrafik şəklində təqdim edir. Qrafiklər sınaq prosesi zamanı dərhal ekranda göstərilir ki, bu da pasiyentin tənəffüsünü düzəltməyə və ya ağırlaşmalar zamanı tədqiqatı dayandırmağa imkan verir.

Spirometr medikamentoz sınaqların aparılmasını asanlaşdırır. Preparat tətbiq edildikdən sonra spirometriya nəticələrinin ilkin məlumatlarla müqayisəsi bir qrafada göstərilir. Göstəricilərin dinamikası, ilkin dəyərlərin faiz hissəsi olaraq da hesablanır. Ümumilikdə, spirometr yaddaşında 100-ə qədər qeyd saxlanıla bilər.

  «ORTORENT PRM-01» Pasiyentin qaldırılması və yerdəyişməsi üçün tibbi rels sistemi

Statik yerdəyişmə sistemi

Pasiyentin qaldırılması və yerdəyişməsi üçün tibbi rels sistemi «ORTORENT PRM -01» pasiyentlərin assistentin köməyi ilə palataların daxilində, müalicə-profilaktika müəssisələrinin qəbul şöbələrində, binanın bir mərtəbəsi daxilində sistem üzrə montaj icrası və texniki tapşırıqlarla müəyyən edilmiş marşrutla qaldırılması və yerdəyişməsi üçün nəzərdə tutulmuşdur. Tam möhkəmliyi və zərif forması yenilikçi dizaynda bir irəliləyişdir ki, bu da, onun evdə, müəssisə və ya xəstəxanalarda baxım üçün üstünlük verilməsinə imkan yaradır.

 «ORTORENT PRM-01» Pasiyentin qaldırılması və yerdəyişməsi üçün

tibbi rels sistemi

Dinamik yerdəyişmə sistemi

Bu sistem fiziki məhdudiyyətli pasiyentlərin, misal üçün baş beyin travması, idman travmaları, skleroz və ya bud/ onurğa/ diz/ pəncə əməliyyatlarından sonra olan pasiyentlərin gəzməsi üçün imkan yaradır və ya piylənmə problemi olan pasiyentlər üçün effektiv reabilitasiya təqdim edir. Çəkinin tarazlıq sistemi pasiyentlərin zədələnmə riski olmadan tez bir vaxtda reabilitasiya proqramından keçməsini təmin edir. Pasiyentin dayaq hərəkət aparatına dinamik yüklənmə prinsipi avadanlıq işinin əsasını təşkil edir. Sistem ilə dəstəklənən bədən çəkisi və pasiyentin dayaq – hərəkət aparatına düşən bədən çəkisi nisbətinin dəyişməsi hesabına ayaqların yükü təlim kursu ərzində pasiyentin məşqlər zamanı qazandığı nailiyyətlər dərəcəsində mütəmadi olaraq artır.

ExoAtlet reabilitasiya üçün ekzoatlet

ExoAtlet – dayaq hərəkət aparatı və sinir sistemi xəstəlikləri, keçirilən travma və əməliyyatlar nəticəsində aşağı ətrafların hərəkət pozulması ilə olan pasiyentlərin,  əlil insanların sosial adaptasiyası da daxil olmaqla lokomotor xüsusiyyətləri olan insanlar üçün tibbi reabilitasiyadır.

İstehsalçı

Based on 0 reviews

0.0 orta reytinq
0
0
0
0
0

“«Ortorent S + (qaçış zolağı ilə stasionar və sinxronlaşdırılmış kompyuterli elektrokardioqraf)» modeli” üçün ilk rəyi yazan siz olun

Hələ rəy yoxdur.