, ,

Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparatı «ORTORENT K» («Passiv» modeli, BİR pultlu)

Mövcudluğu:

Stokda var


Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparatı «ORTORENT K»

«Passiv» modeli,  BİR pultlu

Diz və çanaq – bud oynağının davamlı passiv mobilizasiyası üçün aparat

Boyu 110 sm-dən yuxarı olan uşaqlar üçün uyğundur!

6048 

Onlayn sifariş
 (Uyğun xanaları doldurun)

«ORTORENT К» Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparati. «Passiv» modeli və «Passiv – Aktiv» modeli- aşağı ətraf zədələri və xəstəlikləri olan xəstələrin əməliyyatdan sonrakı və postimmobilizasiya dövründə reabilitasiya müalicəsi üçün nəzərdə tutulmuş mexanoterapevtik aparatdır.

Immobilizasiya ağırlaşmalarının qarşısının alınması üçün, ağrısız oynaq hərəkətliliyinin erkən bərpası üçün istifadə olunur.

«ORTORENT K» Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparati. «Passiv» modeli – aşağı ətraf zədələri və xəstəlikləri olan xəstələrin əməliyyatdan sonrakı və postimmobilizasiya dövründə reabilitasiya müalicəsi üçün nəzərdə tutulmuş mexanoterapevtik aparatdır.

«ORTORENT K» Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparati. «Passiv – Aktiv» modeli – aşağı ətraf zədələri və xəstəlikləri olan xəstələrin əməliyyatdan sonrakı və postimmobilizasiya dövründə reabilitasiya müalicəsi üçün nəzərdə tutulmuş, fasiləsiz passiv hərəkəti, mobilizasiyanı nəzarət olunan aktiv hərəkətin faydası ilə – əzələlərin funksional qeyri-sabitliyini azaltmaq üçün onların sinir səviyyəsində məşqi ilə birləşdirən mexanoterapevtik aparatdır. Diz və çanaq- bud oynağının həm daimi passiv hərəkətini və həm də (müalicə prosesində) idarə olunan aktiv hərəkətini təmin edir. Mühərrik sayəsində ətrafların ən erkən reabilitasiya mərhələsində hərəkətə gətirilməsinə imkan yaradır.

Müalicənin məqsədi: «ORTORENT K» Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparatının istifadə olunması ilə mexanoterapiya, ilk növbədə immobilizasiya ağırlaşmalarının qarşısının alınması üçün, ağrısız oynaq hərəkətliliyinin erkən bərpası üçün, eləcə də yaxşı funksional nəticələrlə sürətli sağalmaya kömək etmək üçün nəzərdə tutulmuşdur.

Aparatın passiv və aktiv rejimlərdə məşq üçün imkan verməsinin məqsədi passiv məşqin aparat tərəfindən əvvəlcədən təyin olunmuş parametrlərə uyğun olaraq həyata keçirilməsindən və aktiv məşq zamanı isə (idarə olunan aktiv hərəkət) pasiyentin əvvəlcədən təyin olunmuş müqavimətlə aktiv işini təmin etməsindən ibarətdir. Bu rejim pasiyent vəziyyətinin bütün xüsusiyyətləri nəzərə alınmaqla reabilitasiya proqramının tərtib olunmasına və pasiyentlə birgə passiv rejimdən aktiv rejimədək tam kursun keçilməsinə imkan yaradır. Pasiyentin vəziyyətindən asılı olaraq müqavimət əlavə edərkən, zəruri olduğu zaman proqram üzrə dəyişikliklər etmək mümükündür ki, bu da əzələ gücünün bərpasına imkan verir. Aparat aktiv rejim zamanı əzələ atrofiyasına qarşı mübarizə aparmağa kömək edir. Buna görə də  «ORTORENT K» idmançıların reabilitasiyası üçün istifadə olunur.

Bundan başqa, qurğunun aktiv komponenti proprioseptiv qavrayışın erkən funksional inkişafını və dolayısı ilə əməliyyat olunan oynağın koordinasiyasını təmin edir.

Müalicənin digər məqsədləri də var:

  • oynaqda maddələr mübadiləsinin yaxşılaşdırılması;
  • sərt oynaq hərəkətliliyinin qarşısının alınması;
  • qığırdaq bölgələrinin və oynaq bağ zədələrinin sağalmasına dəstək;
  • daha surətli qanaxma rezorbasiyası;
  • limfa və qan dövranının yaxşılaşdırılması;
  • tromboz və emboliyanın qarşısının alınması;
  • reabilitasiyanın gedişatı zamanı passiv hərəkət və aktiv məşq arasında vaxt aralığının doldurulması (qurğunun köməyi ilə məşq);
  • əməliyyatdan sonra koordinasiya/ toxunuşun qəbulunun yaxşılaşdırılması.

Avadanlıq Rusiya Federasiyası Səhiyyə Nazirliyində sertifikatlaşdırılmış və qeydiyyata alınmışdır

  • idarəetmə və tənzimləmə asanlığı;
  • toxunma ekranlı uzaqdan idarəetmə pultu;
  • hərəkət müddətini real vaxt rejimində təyin etmək;
  • inkişaf etmiş terapiya parametrləri.

Aparat aşağı oynaqların zədələnmələri və ya əməliyyatlarından sonra reabilitasiyanın birinci mərhələsində istifadə olunur, nəzarət olunan hərəkət diapazonunun köməyi ilə oynaqları uzun müddət və dəfələrlə məşq etdirir.

Gündəlik terapiya əvvəlcə oynaqların hərəkət məhdudiyyətini yaxşılaşdırır və oynaq hərəkətsizliyi elastikliyinin itirilməsi, şişkinlik, oynaq qığırdaqlarının qidalanma çatışmazlığı, kollagen itirlməsi və tromboemboliya kimi mənfi nəticələrin qarşısını alır.

İstehsalçı

Based on 0 reviews

0.0 orta reytinq
0
0
0
0
0

“Diz və çanaq- bud oynağının davam edən passiv/aktiv mobilizasiya aparatı «ORTORENT K» («Passiv» modeli, BİR pultlu)” üçün ilk rəyi yazan siz olun

Hələ rəy yoxdur.