«Ortorent S ++» modeli (Addım imitasiyası + Stasionar asqı + Elektrostimulyasiya ESF)

Mövcudluğu:

Stokda var


«ORTORENT» pasiyentin qaldırılması üçün reabilitasiya asqısı. «Ortorent S ++» modeli (Addım imitasiyası + Stasionar asqı + Elektrostimulyasiya ESF) travma, reabilitasiyadan sonra bərpa üçün, iflicdən sonra, ətraf oynaqlarının xəstəlikləri zamanı və əzələ zəifliyi və hərəkət koordinasiya pozğunluqları ilə müşayiət olunan xəstəliklər zamanı tətbiq olunur.

Dəstə daxildir:

  • Addım imitasiyası + Stasionar asqı + “Ortorent” reabilitasiya üçün dəstək kəməri 3 ədəd.
  • Elektrostimulyasiya (ESF) metodu ilə hərəkət funksiyalarının bərpası üçün aparat
  • Proqram kompleksi + kompyuter

Qiymətə təlim üçün əlavə + 1 152 AZN

3 yaşdan yuxarı uşaqlar üçün uygundur!

70704 

Onlayn sifariş
 (Uyğun xanaları doldurun)

Bu kimi tibbi avadanlığın köməyi ilə aparılan mexanoterapiya və məşq metodikaları ortopediya və travmotologiya, nevrologiya və digər tibb sahələri üzrə aşağıda göstərilən müalicə işlərinin həlli üçün istifadə olunur:

  • əzələlərin, ətrafların, oynaqların hərəkətliliyinin bərpası;
  • biomexanik hərəkət sxeminin yaxşılaşdırılması və ya optimallaşdırılması;
  • əzələ tonusunun yönəldilmiş tənzimlənməsi;
  • əzələ gücünün artırılması;
  • postural disfunksiya nəticələrinin aradan qaldırılması və ya azaldılması;
  • ağrıya qarşı həssaslıq həddinin artırılması hesabına ağrı sindromunun azaldılması və ya aradan qaldırılması;
  • vegetativ reaktivliyin optimallaşdırılması;
  • proprioseptiv həssaslığın yaxşılaşdırılması;
  • hərəkətlərin koordinasiyasının yaxşılaşdırılması və ya normallaşdırılması;
  • fiziki yüklənməyə qarşı təcili uyğunlaşma reaksiyalarının optimallaşdırılması;
  • psixo – emosional vəziyyətin yaxşılaşdırılması.

 ESF ilə «ORTORENT» pasiyentin qaldırılması üçün reabilitasiya asqısı. «ORTORENT S++» MODELİ (addım imitasiyalı robotlaşdırılmış (kinematik) sistemlə stasionar) – aşağı ətrafların gəzmə rejiminin unikal funksional stimulyasiya sistemidir.

FES funksiyası: avtomatik rejimdə insanın yuxarı və aşağı ətraflarının dövri hərəkət tempi üzrə adaptasiya olan çoxkanallı proqramlaşdırılan əzələ elektrostimulyatorudur. Kompleks böyüklər və uşaqlarda hərkətlərin koordinasiya pozulmalarının effektiv reabilitasiya müalicəsi üçün nəzərdə tutulub (ortopedo-nevroloji patologiyasının geniş spektri).

FUNKSİONAL PROQRAMLAŞDIRILAN ƏZƏLƏ STİMULYASİYASI (FPƏS): uşaq serebral iflici (USİ), baş və onurğa beyni zədələnmələrinin nəticələri ilə, iflicdən sonra hərəkət pozğunluqları ilə, mərkəzi sinir sistemi pozulmaları olmadan dayaq – hərəkət sisteminin pozulmaları ilə və digər xəstəliklərlə birlikdə skoliotik xəstələrin müalicəsi üzrə istifadə olunması zamanı hərəkət pozulmalarının patofiziologiyasının dərindən anlaşılmasına əsaslanan yüksək təsirə malik metoddur.

FPƏS metodunun müstəsna xüsusiyyəti: bu müasir texnologiyanın ən güclü sanogenetik faktoru, əzələlərin bütün kanallar üzrə zamanlama ilə elektrostimulyasiya mərhələlərinin konkret əzələnin gəzmə prosesi və ya ətrafların digər dövri hərəkəti zamanı sərbəst gərginlik həyata keçirmə cəhdi ilə uyğun olmasından, əzələ elektrostimulyasiyasının sərbəst aktivlik mərhələsi ilə dəqiq şəkildə üst-üstə düşən məkan- zaman təsvirinin modelləşdirilməsindən ibarətdir. Bununla da metod, müsbət klinik effektlərin yalnız periferik sinir – əzələ aparatı strukturuna bağlanması ilə elektrostimulyasiyanın ancaq güc xüsusiyyətlərindən istifadə olunan ənənəvi rahatlıq elektrostimulyasiyasından fərqlənir. Miostimulyator kanalı işinin, orqanizmin fizioloji parametrlərinin (elektromiostimulyatorun portativ mikroprosessor qurğusuna daxil olan real zaman rejimində gəzmə ilə dəyişən əzələ küncü göstəricilərinin) cari istifadəsi ilə kompleks blok sxeminə daxil edilməsi vasitəsilə sərbəst əzələ gərginliyi və onun elektrostimulyasiyasının mərhələlər üzrə uyğunluğu əldə olunur. Məhz bu funksional stimulyasiya rejimində düzgün hərəkətə nəzarət proqramı, bel və baş beyinin müəyyən strukturlarında (lokomotor mərkəzlər adlanır) sabitləşmə baş verir ki, bu da yüksək və sabit klinik nəticələri izah edir.

Pasiyentin kompkels bərpası üzrə müalicə proqramının qurulması zamanı FPƏS metodunun daxil edilməsi sayəsində müalicə kursunun iqtisadi tərkibi əhəmiyyətli dərəcədə yaxşılaşır (yataq günlərinin azaldılması, digər – daha bahalı və vaxt aparan – neyro reabilitasiya metodlarından istifadə ehtiyacının aradan qaldırılması, xəstəliyin təkrarlanma ehtimalı və digər göstəricilərinin azalması).

Mikroprosessor texnologiyası və müasir element bazası kompleksin klinikada praktik istifadəsini mümkün qədər sadə hala gətirmişdir.

Elektrofizioloji siqnalların naqilsiz monitorinq sensorlara əsaslanan çoxfunksiyalı naqilsiz komplekslə təchiz olunmuş bir sistemdir, insan bədəninin ürək döyüntüləri tezliyi, kardiointervaloqrafiya, elektroensefaloqramması, elektromiqorafiya dəstinin elektrofizioloji siqnallarının qeydini təmin edir və sadalanan göstəricilərə uyğun olaraq Bioloji Geri Bildiriş (BGB) ilə məşqlərin aparılmasına imkan verir.

Naqilsiz qeydiyyatın üstünlüyü hərəkət artifaktlarının minimuma endirilməsi və nəticədə reabilitasiya zamanı inan bədəninin (proses yükü və dinamikasının nəzarət olunması ilə müxtəlif müxanoterapiya trenajorları və aparatlarında) sərbəst vəziyyətini təmin etməsindən ibarətdir.

İdarəetmə dayağı

Zolaq, reabilitasiya məşqləri üçün parametrlərin daha rahat quraşdırılması baxımından möhkəm idarəetmə dayağı ilə təchiz edilmişdir. Dayaq polad materialdan istehsal olunmuş, proqram təminatı ilə birgə rəngli informasiya ekranı ilə təchiz edilmişdir. Dayağın quraşdırlma üsulu mobil və ya stasionar (ankerlər üzərinə) üsuldur. Ümumi kompleksin enerji təchizatı üçün xidmət göstərir. Dayağın iri  ölçüləri 380 х 520 mm-dir. Dayaq hündürlüyü 1410 mm.

ƏLAVƏ SEÇİMLƏR:

Ekran (TV)

İdarəetmə dayağının ekranı vasitəsilə televizor ekranında informasiya təkrarlanır.  Televizor multimedia altında daşınan dayaq üzərində yerləşdirilə bilər.

Pasiyentin qaldırılması və yerdəyişməsi üçün tibbi rels sistemi

 «ORTORENT PRM-01» Statik yerdəyişmə sistemi

Pasiyentin qaldırılması və yerdəyişməsi üçün tibbi rels sistemi «ORTORENT PRM -01» pasiyentlərin assistentin köməyi ilə palataların daxilində, müalicə-profilaktika müəssisələrinin qəbul şöbələrində binanın bir mərtəbəsi daxilində sistem üzrə montaj icrası və texniki tapşırıqlarla müəyyən edilmiş marşrutla qaldırılması və yerdəyişməsi üçün nəzərdə tutulmuşdur. Tam möhkəmliyi və zərif forması yenilikçi dizaynda bir irəliləyişdir ki, bu da, onun evdə, müəssisə və ya xəstəxanalarda baxım üçün üstünlük verilməsinə imkan yaradır.

 Pasiyentin qaldırılması və yerdəyişməsi üçün tibbi rels sistemi

 «ORTORENT PRM -01» Dinamik yerdəyişmə sistemi

Bu sistem fiziki məhdud pasiyentlərin, misal üçün baş beyin travması, idman travmaları, skleroz və ya bud/ onurğa/ diz/ pəncə əməliyyatlarından sonra olan pasiyentlərin gəzməsi üçün imkan yaradır və ya piylənmə problemi olan pasiyentlər üçün effektiv reabilitasiya təqdim edir. Çəkinin tarazlıq sistemi pasiyentlərin zədələnmə riski olmadan tez bir vaxtda reabilitasiya proqramından keçməsini təmin edir. Pasiyentin dayaq hərəkət aparatına dinamik yüklənmə prinsipi avadanlıq işinin əsasını təşkil edir. Sistem ilə dəstəklənən bədən çəkisi və pasiyentin dayaq – hərəkət aparatına düşən bədən çəkisi nisbətinin dəyişməsi hesabına ayaqların yükü təlim kursu ərzində pasiyentin məşqlər zamanı qazandığı nailiyyətlər dərəcəsində mütəmadi olaraq artır.

 С++ addım imitasiyası sistemi 1705n əmri üzrə lisenziyalaşdırma üçün lokomotor terapiya kompleksi qismində istifadə oluna bilər.

 

İstehsalçı

Based on 0 reviews

0.0 orta reytinq
0
0
0
0
0

“«Ortorent S ++» modeli (Addım imitasiyası + Stasionar asqı + Elektrostimulyasiya ESF)” üçün ilk rəyi yazan siz olun

Hələ rəy yoxdur.