«ORTORENT VELO» tibbi veloerqometr – Sinxronlaşdırılmış kompyuterli elektrokardioqraf

Mövcudluğu:

Stokda var


Sinxronlaşdırılmış kompyuterli elektrokardioqraf, noutbuk dəsti. 
(Bioloji Geri Bildiriş, Ürək Döyüntüləri Tezliyi, Elektrokardioqrafiya, STRESS-SİSTEMİ)

«ORTORENT VELO» tibbi veloerqometr– yükün, qət olunan məsafənin, nəbzin ölçülməsi üçün quraşdırma ilə yerli tibbi intellektual elektron trenajor veloerqometriya metodu ilə fiziki yüklənmənin aparılması üçün nəzərdə tutulmuşdur. Veloerqometr müalicəvi – profilaktik müəssisələrdə tətbiq oluna bilər.

Dəyişən müqavimətlə aşağı ətrafların aktiv məşqini təmin edir. Məşq parametrlərini (surət, ürək nəbzi) idarə edərək VELO yük səviyyəsini dəyişilməz olaraq saxlamaqla əyləcin müqavimət səviyyəsini dəyişir və ya məşq zamanı nəbzin dəyişməz olaraq saxlanması üçün yükü dəyişir.

Oturacaq hündürlüyünün tənzimlənməsi onun müxtəlif boylu pasiyentlər, eləcə də  boyu 110 sm-dən yuxarı uşaqlar tərəfindən istifadə olunmasına imkan verir.

Daha əvvəl tərəfinizdən satın alınan Ortorent tərəfindən istehsal olunan cihazlarla inteqrasiya təşkil etmək mümkündür. Mühəndisimiz spirometr və kardiotexnikanı daha əvvəl tərəfinizdən satın alınmış avadanlıqlarla yerində sinxronlaşdırır.

21888 

Onlayn sifariş
 (Uyğun xanaları doldurun)

«ORTORENT VELO» tibbi veloerqometr– yükün, qət olunan məsafənin, nəbzin ölçülməsi üçün quraşdırma ilə yerli tibbi intellektual elektron trenajor veloerqometriya metodu ilə fiziki yüklənmənin aparılması üçün nəzərdə tutulmuşdur. Veloerqometr müalicəvi – profilaktik müəssisələrdə tətbiq oluna bilər.

Dəyişən müqavimətlə aşağı ətrafların aktiv məşqini təmin edir. Məşq parametrlərini (surət, ürək nəbzi) idarə edərək VELO yük səviyyəsini dəyişilməz olaraq saxlamaqla əyləcin müqavimət səviyyəsini dəyişir və ya məşq zamanı nəbzin dəyişməz olaraq saxlanması üçün yükü dəyişir.

Veloerqometr əzələ korsetini gücləndirməyə, şişkinliyi azaltmağa və aşağı ətrafların fizioloji iş simmetriyasını bərpa etməyə imkan yaradır. Mexanoterapiya və məşq metodikası ortopediya və travmatologiya, kardiologiya, nevrologiya və digər tibb sahələri üzrə istifadə oluna bilər.

 Bioloji geri bildiriş texnologiyası (BGB)

  • Bioloji geri bildiriş funksiyası ilə ürək döyüntülərinin tezlik sensoru
  • Oturacaq hündürlüyünün tənzimlənməsi onun müxtəlif boylu pasiyentlər, eləcə də uşaqlar tərəfindən istifadə olunmasına imkan verir
  • Veloerqometr üzərində quruluş və oturma sayəsində onurğa və diz oynaqların üzərində yüklənmə minimumdur.

Əsas komplekt:

  • BGB proqramının daxili quraşdırılmış motivasiya oyunları böyüklər və uşaqlar tərəfindən məşq prosesini asanlaşdırır.
  • İnteqrasiya olunmuş Bioloji geri bildiriş funksiyası ilə ürək döyüntülərinin tezlik sensoru– təyin olunmuş ürək ritmi dərəcəsi həddini aşdığı zaman trenajor sönür.
  • Oturacaq hündürlüyünün tənzimlənməsi onun müxtəlif boylu pasiyentlər, eləcə də uşaqlar tərəfindən istifadə olunmasına imkan verir.
  • Bel nahiyəsinin dəstəklənməsi ilə anatomik oturacaq və söykənəcək.
  • Veloerqometr üzərində quruluş və oturma sayəsində onurğa və diz oynaqların üzərində yüklənmə minimumdur.

Tam komplekt:

Elektrokardioqramma nəzarəti altında yüklənmənin test edilməsi üçün və ürək problemli pasiyentlərin və demək olar ki sağlam insanların biloji geri bildiriş ilə fiziki reabilitasiyası üçün istifadə olunur.

Miniatür 12 kanallı kompüterləşdirilmiş elektrokardioqraf aşağıda göstərilənləri təşkil edir:

  • Fiziki yüklənmə zamanı xüsusi EKQ görüntü rejimi
  • Onlayn rejimdə hesablamaların yerinə yetirilməsi
  • Müayinə protokolunun tərtib edilməsi (nəticələrin mətn təsviri).
  • 12 yüksək keyfiyyətli standart EKQ nümunəsi
  • Kardiostimulyator impulslarının aşkarlanması
  • Proqramın sadəliyi və rahatlığı sayəsində yüksək iş qabiliyyəti
  • EKQ avtomatik kontur analizi ölçmələr aparır və sindromik hesabat hazırlayır.
  • Stress-EKQ – ürəyin işemik xəstəliyinin diaqnozu
  • ÜDT – ürək döyüntüləri tezliyinin ölçülməsi
  • ÜDSVT- şəkərli diabet, arterial hipertoniya və.s. problemli pasiyentlərin ürək-damar sisteminin vegetativ tənzimlənməsinin qiymətləndirilməsi.
  • NDYS (Nəbz Dalğasının Yayılma Surəti) – arterial hipertoniya pasiyentlərində elastik arterial divarın tədqiq edilməsi
  • GMP (Gec Mədəcik Potensialı), QT – miokard infarktı keçirmiş pasiyentlərdə ani ürək ölümü riskini proqnozlaşdırma

Texniki xüsusiyyətləri və funksional parametrləri:

  • Aşağı ətrafların aktiv reabilitasiyası;
  • Hər bir pasiyent üçün fərdi yüklənmənin quraşdırılma imkanı;
  • Məşq parametrləri və nəticələrinin trenajor ekranında təsviri:
  • Dövrlərin sayı (surət dövr/dəq ilə);
  • Məşq müddəti (ümumi və hər məşq rejimi üçün: yüklə və yük olmadan);
  • Müqavimətin tənzimlənməsi (yük səviyyəsi);
  • Pasiyent tərəfindən “qət edilmiş” məsafə (ümumi və hər məşq rejimi üçün: yüklə və yük olmadan);
  • Cari məşq proqramı;
  • Kkal ilə enerji sərfiyyatı.
  • ÜDT göstəriciləri;
  • İdarəetmə panelinin əyilmə küncü üzrə tənzimlənməsi;
  • Ekran icazəsiz toxunuşa qarşı kilidlənmə imkanına malikdir;
  • Fərdi məşq proqramları yaratma imkanı;
  • Məşq prosesi zamanı məşq proqramı üzrə düzəliş imkanı
  • Proqram təminatının yenilənmə imkanı.

Avadanlıq yüksək keyfiyyətə malikdir və veloerqometrlərin yaradılmasında ən son texniki inkişafa cavab verir. “Ortorent” “VELO” modeli  hamar işləmə və idarə olunan hərəkətlərə malikdir.

Oturacaq hündürlüyünün tənzimlənməsi onun müxtəlif boylu pasiyentlər, eləcə də  boyu 110 sm-dən yuxarı uşaqlar tərəfindən istifadə olunmasına imkan verir.

Kardiotexnikanın xüsusiyyətləri

Kardiotexnika, pasiyentin kompleks müayinəsinin və EKQ, Holter üzrə AT nəzarəti altında kardiopulmonoloji reabilitasiyasının və respirator müayinənin (qanın oksigenləşdirilməsi (SpO2)) aparılmasına və bütün məlumatları bir gün və ya daha çox müddətdə əldə etməyə imkan verir. Cihaz, tam tənəffüs xarakteristikaları dəstini qeyd edir və eyni zamanda 12 EKQ nümunəsini yazır və  spiroqrammanın qeyd olunması ilə iki metod vasitəsilə (Korotkov üzrə və osilometrik) arterial təzyiqi ölçür. Nəbz oksimetriyası ilə qan saturasiyasının təyin edilməsi. İki nümunə (sinə və qarın nəfəsi) ilə reopnevmogramın qeyd edilməsi. Çoxfunksiyalı Holter monitorunun köməyi ilə hipertoniya ilə apnoe epizodları arasındakı əlaqənin qiymətləndirilməsi və simptomatik hipertenziyanın bu variantının obyektivləşdirilməsi kimi unikal funksiya mümkündür.

 Spirometrin xüsusiyyətləri

Spirometr tənəffüs həcmlərinin və gücləndirilmiş nəfəsvermə parametrlərinin avtomatik hesablanması və ölçülməsini yerinə yetirir. Ölçmə nəticələri avtomatik olaraq R.F.Klement, ECCS və ya Knudson normativləri üzrə lazımi dəyərlərlə müqayisə olunur. Pasiyentin diaqnostika üçün mümkün olan yaş diapazonu 6 – 120 yaş arasıdır. Cihaz tədqiqat nəticələrini həm ədədi, həm də əyani qrafik şəklində təqdim edir. Qrafiklər sınaq prosesi zamanı dərhal ekranda göstərilir ki, bu da pasiyentin tənəffüsünü düzəltməyə və ya ağırlaşmalar zamanı tədqiqatı dayandırmağa imkan verir.

Spirometr medikamentoz sınaqların aparılmasını asanlaşdırır. Preparat tətbiq edildikdən sonra spirometriya nəticələrinin ilkin məlumatlarla müqayisəsi bir qrafada göstərilir. Göstəricilərin dinamikası, ilkin dəyərlərin faiz hissəsi olaraq da hesablanır. Ümumilikdə, spirometr yaddaşında 100-ə qədər qeyd saxlanıla bilər.

Erqonomik idarəetmə paneli pasiyent məlumatlarını və tədqiqatın aparılma şərtlərini daxil etməyi asanlaşdırır. Cihaz ölçmə seriyasında ən yaxşı nümunəni avtomatik olaraq qeyd edir. Daxili quraşdırılmış termal printer tədqiqatın bitməsindən dərhal sonra nəticələr cədvəllərini və qrafiklərini çap edir.

 

İstehsalçı

Based on 0 reviews

0.0 orta reytinq
0
0
0
0
0

“«ORTORENT VELO» tibbi veloerqometr – Sinxronlaşdırılmış kompyuterli elektrokardioqraf” üçün ilk rəyi yazan siz olun

Hələ rəy yoxdur.