ETİBAR, YÜKSƏK İSTİSMAR XARAKTERİSTİKALARI VƏ TƏHLÜKƏSİZLİK
Adı |
Tərkib hissəsi | Miqdarı | Qiyməti, rubl ilə |
«ORTORENT PRM-01» PASİYENTİN QALDIRILMASI VƏ YERDƏYİŞMƏSİ ÜÇÜN TİBBİ RELS SİSTEMİ
Icra variantı: «ORTORENT PRM-01-02» (dinamik sistem)
|
Qaldırıcı blok, bədənin kompensasiya sistemi | 1 əd. | |
İdarəetmə pultu | 1 əd. | ||
Dirək | 1 əd. | ||
Rels | 2-6 m | ||
Qaytarıcı arakəsmə | 2 əd. | ||
Örtük | 2 əd. | ||
Tavana bərkidici | 6 əd. | ||
Qaldırıcı blok üçün val (dəst daxilində) | 2 əd. | ||
Dəstəkləyici kəmər | 1 dəst – 3 əd. | ||
Pasport | 1 əd. | ||
İstismar üzrə təlimat | 1 əd. |
Təhlükəsiz gəzmə üçün PRM-01 (tibbi relsli asqı) sistemi — mobilliyi artırmaq və tarazlığı qorumaq üçün hazırlanmış, gəzmə zamanı pasiyentin təhlükəsizliyi və dəstəklənməsinin təmin olunmasında yenilikçi sistemdir.
Bu sistem:
- az müddətdə xəstəxanada yerləşmə zamanı bərpa prosesinin surətlənməsinə səbəb olur;
- pasiyentlər və həkimlər üçün riskləri minimuma endirir;
- pasiyentləri daha sərbəst edir.
İstifadəyə dair göstərişlər:
Sistem ilk olaraq iflic və baş beyin travması olan pasiyentlər üçün hazırlanmışdır. Ancaq «ORTORENT PRM-01» aşağıda göstərilən anadangəlmə və sonradan qazanılmış xəstəlikləri olan geniş kateqoriyalı pasiyent vəziyyətləri üçün mükəmməldir:
- dağınıq skleroz;
- böyüklər və uşaqlarda serebral iflic;
- onurğa beynin qismən zədələnməsi;
- nevroloji xəstəliklər;
- ortopedik profilli xəstələr;
- bud – çanaq oynağının protezlənməsi;
- diz oynağının / ön çarpaz bağın protezlənməsi;
- geriatrik xəstələr;
- idman zədəsi;
- təhlükəsizlik hissinə ehtiyacı olan xəstələr.
ƏN YAXŞI TERAPİYA NƏTİCƏLƏRİNİN ƏLDƏ OLUNMASI ÜÇÜN HƏDSİZ İMKANLARIN YARADILMASI.
Robotlaşdırılmış tavan sistemi PRM-01 pasiyent bədəninin qalxması, enməsi və üfüqi hərəkətlərini izləyir. Bu sistem, travma alma riskini minimuma endirərək fərdiləşdirilmiş terapiya planlarından istifadə etməklə pasiyentin hərəkətliliyini artırmağa imkan yaradır. Pasiyent çəkisi sistemlə dəstəkləndiyinə görə iş üçün yalnız bir həkim/təlimçi lazımdır ki, bu da məsrəfləri azaldır və klinika fəaliyyətinin səmərəliliyini artırır.
BİR HƏRƏKƏTDƏN DİGƏR HƏRƏKƏTƏ MANEƏSİZ KEÇİD:
– Bükülərək oturma hərəkətləri
– Tarazlıq
– Dizlərin bükülməsi, addımlama hərəkətləri
– Maneələrin aşılması
– Gəzintidən əvvəl
– Relyef fərqləri
– Şaquli dayanma vəziyyətində bədənin ağırlıq mərkəzinin köçürülməsi
– Gündəlik fəaliyyət
– Futbol, yarımkürə ilə işləmə.
UNİVERSALLIQ
PRM-01 sistemi ilə müxtəlif reabilitasiya və fizioterapevtiya məşqlərini heç bir maneə olmadan bir terapiya seansına daxil edə bilərsiniz. Bu məşqlərə bükülərək oturma hərəkətləri, tarazlıq məşqləri, çəki ilə yüklənmə məşqləri, qaçış zolağı və ya addım imitasiyası aparatında məşqlər və eləcə də gündəlik fəaliyyət üzrə məşqlər aid oluna bilər.
TƏBİİ KİNEMATİK HƏRƏKƏTLƏR ETMƏYƏ İMKAN VERİR
İnsan bədəninin ağırlıq mərkəzi adətən hər üç: sagittal, frontal və eninə müstəvidə dəyişir. Bədən kütləsinin dinamik dəstəklənmə funksiyasının istifadə olunması pasiyentin düşməkdən qorxmadan bütün üç müstəvidə təbii kinematik hərəkətlərlə məşq etməsinə imkan verir.
Pasiyentin bədəni PRM-01 sistemində etibarlı şəkildə fiksasiya olunduğu zaman o, tarazlığın itirilmə nəticələrinə görə qorxmaya və hərəkət qabiliyyətlərinin mənimsənilməsini və effektiv hərəkət strategiyalarını işləmək üçün bütün mümkün yalnışlıqları öz şəxsi təcrübəsindən keçirə bilər.
Bədən kütləsinin dinamik dəstəklənməsi funksiyası sayəsində PRM-01 sistemi fasiləsiz olaraq pasiyent hərəkətini, parametrlər üzrə göstərilən pasiyent çəkisindən asılı olan güclə dəstəkləyə bilir. Bu isə öz növbəsində, pasiyentin etibarlı və təhlükəsiz şəkildə reabilitasiya məşqləri etməsinə imkan yaradır.
HƏKİMİN İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ
Bütün idarəetmə elementləri terapiyanın aparılması prosesini dəfələrlə sadələşdirərək və vaxta qənaət etməyə imkan yaradaraq əlçatandır.
PASİYENTLƏ QARŞILIQLI ƏLAQƏLƏR ÜZRƏ KEYFİYYƏTİN ARTIRILMASI
«Ortorent PRM-01» sistemi həkimə reabilitasiya üçün heç bir şərtlə məhdudlaşmayan və keçid üzrə sərhədsiz praktik yanaşma istifadə etməyə imkan verir, həm də özü və xəstələri üçün tamamilə təhlükəsiz bir mühit yaradır. Sistem, gəzmə bacarıqlarının bərpası üçün mexanikləşdirilmiş aparatların nadir hallarda təmin etdiyi təbii gəzmənin bərpa olunmasına yardım göstərir.
TƏHLÜKƏSİZLİK HİSSİNİN TƏMİN OLUNMASI
Sistemin düşmə təəssüratlarını hiss etdirmə imkanı və fiziki dəstəyi sayəsində, pasiyentlər qısa müddətdə özlərini rahat hiss edir və təhlükəsizliyinə əmin olurlar. Təhlükəsizlik hissi verməklə PRM-01 sistemi pasiyentləri və həkimləri daha çətin məşqlər etməyə məcbur edir və bununla da ümumi reabilitasiya müddətini azaldır. Artan hərəkətlilik və təhlükəsizlik hissi pasiyent üçün motivasiyaedici amillərdir və reabilitasiya prosesini daha təsirli edir.
XƏRCLƏRİN AZALDILMASI VƏ EFFEKTİVLİYİN ARTIRILMASI
PRM sisteminin təhlükəsizliyi və çoxyönlü olması, bir pasiyentin məşqi üçün yalnız bir həkimə ehtiyac olduğuna görə xərcləri azaltmağa və iş səmərəliliyini artırmağa kömək edir.
PRM-01sisteminin ÜSTÜNLÜKLƏRİ
Qabaqcıl PRM xüsusiyyətləri, pasiyentlərin terapiya nəticələrini yaxşılaşdırmaq və tibbi xidmətlər üzrə xərcləri azaltmaq üçün təsirli və hərtərəfli reabilitasiya həlləri təqdim edir. Məlumatların saxlanması kompleksi ilə terapevtik proseslərin aparılması üzrə təhlükəsizlik həkimlərin hədəflənmiş strategiyalar hazırlamasına və ən yaxşı nəticələrin əldə olunması üçün irəliləməni izləməsinə kömək edir .
ORTORENT ŞİRKƏTİ TƏRƏFİNDƏN DƏSTƏK
Ortorent şirkəti rabilitasiya üzrə avadanlıqdan istifadə olunması üçün proqramlar təqdim etməklə müştəri ərazisində heyət təlimləri aparır və həmçinin sistemin vaxtında texniki xidmətini həyata keçirir.
«ORTORENT PRM-01» pasiyentlərin qaldırılması və yerdəyişməsi üçün tibb rels sistemi
Dinamik yerdəyişmə sistemi.
Tərkib hissələrinə daxildir:
- Qaldırıcı blok, bədənin kompensasiya sistemi – 1 əd.
- İdarəetmə pultu – 1 əd.
- Dirək – 1 əd.
- Rels – 2-6 m.
- Qaytarıcı arakəsmə – 2 əd.
- Örtük – 2 əd.
- Tavana bərkidici – 6 əd.
- Qaldırıcı blok üçün val (dəst daxilində) – 2 əd.
- Reabilitasiya üçün dəstəkləyici kəmər 1 dəst – 3 əd.
Mobilliyi artırmaq və tarazlığı qorumaq üçün hazırlanmış, gəzmə zamanı pasiyentin təhlükəsizliyi və dəstəklənməsinin təmin olunması üzrə sistem;
0 ilə 80 kq arasında bədən çəkisinin azaldılması.;
Bir hərəkətdən digər hərəkətə maneəsiz keçid.
Hələ rəy yoxdur.