Pasiyentlərin qaldırılması və yerdəyişməsi üçün «Ortorent PRM-01» tibbi rels sistemi (tam dəst)

Mövcudluğu:

Stokda var


Pasiyentlərin qaldırılması və yerdəyişməsi üçün «Ortorent PRM-01» tibbi rels sistemi

 Dinamik hərəkət sistemi 

Tərkib hissələrinə daxildir:

  • Qaldırıcı blok (elektromühərrik)       – 1 əd.
  • 6 m-lik tavan relsi                                – 3 ədəd.*
  • Dirək                                                       – 1 əd.
  • İdarəetmə pultu, cərəyan yükləyici  – 1 dəst.
  • Reabilitasiya üçün dəstək kəməri/tor – 1 dəst (dəst tərkibində 4 əd.)

* 36 kv.m-lik hesabla

17856 AZN-dən başlıyaraq

17856 

Onlayn sifariş
 (Uyğun xanaları doldurun)

Pasiyentin qaldırılması və yerdəyişməsi üçün tibbi rels sistemi  «ORTORENT PRM-01» pasiyentlərin assistentin köməyi ilə palataların daxilində, müalicə-profilaktika müəssisələrinin qəbul şöbələrində binanın bir mərtəbəsi daxilində sistem üzrə montaj icrası və texniki tapşırıqlarla müəyyən edilmiş marşrutla qaldırılması və yerdəyişməsi üçün nəzərdə tutulmuşdur. Tam möhkəmliyi və zərif forması yenilikçi dizaynda bir irəliləyişdir ki, bu da, onun evdə, müəssisə və ya xəstəxanalarda baxım üçün üstünlük verilməsinə imkan yaradır.

Adı Miqdarı Qiyməti

(rubl ilə)

 

 1

PASİYENTİN QALDIRILMASI VƏ YERDƏYİŞMƏSİ ÜÇÜN TİBBİ RELS SİSTEMİ «ORTORENT PRM-01»

(statik sistem):

Tərkib hissələri:

ü  Qaldırıcı blok (elektromühərrik)                      – 1 əd.

ü  6 m-lik tavan relsi                                            – 3 ədəd*

ü  Dirək                                                                – 1 əd.

ü  İdarəetmə pultu, cərəyan yükləyici                    – 1 dəst.

ü  Jilet/tor 1 dəst                                    (dəst tərkibində 4 əd.)

 

* 36 kv.m-lik hesabla

620 000 rubldan başlayaraq
2 6 m-lik tavan relsi 1 60 000
4 Qövsvari rels 1 60 000
5 Qaldırıcı blok (elektromühərrik) 1 320 000
6 Elektrik naqilləri valı 1 160 000
7 Keçid bloku (qapılı bağlayıcı) 1 95 000
8 Dönüş dairəsi (rels keçiricisi) 1 95 000
9 6 m-lik divar relsi 1 60 000
10 6 m-lik çarpaz tir 1 60 000
11 Pult, cərəyan yükləyici 1 30 000
12 Jilet və ya tor 1 15 000
13 Dirək 1 30 000

Dəyərlər yerdəyişmə üçün rels sisteminin çatdırılma və montaj xidmətləri hesaba alınmamaqla göstərilmişdir.

qribi quraşdırma dəyəri müqavilə məbləğinin 10% –ni təşkil edir (mütəxəssis quraşdırma sahəsini səfər etdiyi zaman fərdi olaraq hesablanır).

Xüsusiyyətləri:

  • Yük qaldırma qabiliyyəti:  200/275 kq qədər
  • Çəkisi: 6,7 kq
  • Kəmər uzunluğu: 2200 mm
  • Qaldırma intervalı: 1950 mm
  • Müdafiə sinfi: IPx4. Rütubətli otaqlarda istifadə edilə bilər.
  • Funksionallıq.
  • Sadə və müasir dizayn.
  • Əl ilə idarəetmə sayəsində asan şəkildə elektrik cərəyanı doldurma.
  • Əl ilə idarəetmə mümkünlüyü.

Tətbiq sahəsi:

Müalicə-profilaktika müəssisələri şəraitində.

Rels sistemi tavana bərkidilir və konstruksiyası sayəsində bütün otaq sahəsini əhatə edir. Pasiyentlərin otaqlar arasında qapı girişlərindən hərəkət etməsi mümkündür.

Ümumi şəkildə sistem qaldırıcı blokdan, idarəetmə pultundan, cərəyan yükləyici, rels dəstindən, tavana bərkidicilərdən, pasiyentin dayaq sistemi və jilet dəstindən ibarətdir.

İstifadəyə dair göstərişlər:

  • «ORTORENT PRM-01» tibbi rels sistemi mümkün qədər təhlükəsiz şəraitdə minimum fiziki səylərin tətbiqi ilə pasiyentin aşağıda göstərilən şəkildə qaldırılması və yerdəyişməsini həyata keçirməyə imkan verir:
  • çarpayıdan əlil arabasına və əksinə olaraq;
  • pasiyentin dayaq sistemi ilə otaqda və ya otaqlar arasında yerdəyişməsi;
  • gigiyenik prosedurlar məqsədilə yerdəyişməsi;
  • kombinə edilmiş istifadə.

«ORTORENT PRM-01» asqı sistemi variantları:

Asma sistemlərinin müəssisə tələblərinə uyğunlaşdırılması üzrə bir çox üsullar mövcuddur:

Monorels (iki nöqtə arasında qaldırma və yerdəyişmə – stasionar rels)

Bu asqı həm pasiyent və həm də tibb işçiləri tərəfindən təhlükəsiz və asan şəkildə idarə oluna bilər. Möhkəm şəkildə tavanda bərkidilən stasionar rels və qaldırıcı blokdan ibarətdir.

 2. Sərbəst dayanan qaldırıcı sistem

Qaldırma ehtiyacları müvəqqəti olduğu zaman və ya stasionar quraşdırma digər səbəblərdən uyğun olmadığı halda, sərbəst dayanan qaldırıcı sistem otağa dəyişiklik etmədən stasionar versiyanı əvəz edir. Sərbəst dayanan qaldırıcı sistem tavan və divarlar üçün xüsusi konstruksiya tələblərinə malik deyil. Sistem, həddindən artıq ağır qaldırma prosesləri zamanı stasionar quraşdırma üzrə bərabər yüngüllük və təhlükəsizlik təmin etməklə bir çox müxtəlif sərbəst dayanan həllərə malikdir. Diyircəklər və ya təkərsiz təməl sayəsində sərbəst dayanan birbaşa rels bir otaqdan digər otağa daşına və ya otaqda düzgün vəziyyəti tənzimlənə bilər.

  1. Çarpaz sistem

Çarpaz sistem iki stasionar rels üzərində quraşdırılan daşınan relsdən ibarətdir. Bu, qaldırma və yerdəyişmə üçün daha geniş sərbəst hərəkət təmin etməsinə görə, bir çox hallarda ən yaxşı funksional həlldir. Çarpaz relslər müxtəlif otaqlar arasında hərəkət üçün keçidlərlə birləşdirilə bilər.

Bu sistem daha çox funksionaldır, pasiyentin bütün otaq müstəvisində hərəkət etməsinə imkan yaradır.  Sistem pasiyentin heyət işi üçün və/ və yaxud əlil arabası üçün və/ və yaxud pasiyent üçün zəruri olan digər prosedurlar üçün otağın daha çox boş olan hissəsinə yerdəyişməsini təmin edir.

  1. Bir otaqdan digər otaqlara keçid üçün asqı sistemi (sanitar qovşaq)

Sistem cəld hərəkət həllində bir çox amili nəzərə alır. Sistemi istifadə edərək, iki mühərriki bir giriş qapısına bağlamaq və ya qapı girişindən istifadə edərək qapı keçidindən istifadə etmək mümkündür ki, bu da pasiyentin  yumşaq və təhlükəsiz və asan yerdəyişmə hərəkətinə imkan verir, eyni manevri yalnız bir qaldırıcı blok vasitəsilə  təmin edir.

Mobillik: Zəruri olduğu hallarda müxtəlif otaqlar arasında asan yerdəyişmə hərəkəti üçün müxtəlif həllər mövcuddur. Sistem konstruksiyası pasiyentin bir nəfər tərəfindən bir palatdan digər palataya yerdəyişməsinə imkan verir.

Biz müştərilərimizə «açar təhvili» ilə, hesablamadan quraşdırmayadək  tam xidmət çeşidi təklif edirik!

Sistem konstruksiyası pasiyentin bir nəfər tərəfindən bir palatdan digər palataya yerdəyişməsinə imkan verir. Lakin, risklərin minimuma endirilməsi və rahatlıq üçün pasiyentin iki nəfər tərəfindən bir palatdan digər palataya yerdəyişməsini tövsiyyə edirik.

 Komplektləşdirmənin hesablanması üçün lazımdır:

  • Qapıların, çarpayıların, sanitar qovşağın və.s. yerləşməsinin təyin olunması ilə otaq planı və ölçüləri (sxemə icazə verilir);
  • Müalicəvi bədən tərbiyəsi zalında məşq yerinin təyin olunması.
  • tavan örtüyünün materialı.
  • fotoşəkil (mümkün olduğu zaman).

Kommersiya təklifinin yekun olaraq düzgün tərtib edilməsi üçün ölçmə mütəxəssisimizin səfəri tələb olunur.

 

İstehsalçı

Based on 0 reviews

0.0 orta reytinq
0
0
0
0
0

“Pasiyentlərin qaldırılması və yerdəyişməsi üçün «Ortorent PRM-01» tibbi rels sistemi (tam dəst)” üçün ilk rəyi yazan siz olun

Hələ rəy yoxdur.